Monday, May 24, 2010

LIRIKA: Tapmadım

Tapmadım




Səni hər yerdə aradım, lakin tapmadım.
"Axataran tapar" atalar dedilər, amma tapmadım.

Sən gozəlsən, men de həvavvu-həvəsə uyub
Xəyanət etdim sənə, itirdim, sonra da tapmadım.

Tənha qalıb sənin üçün çox ağladım, çünki tapmadım.
Səhvimi anladım, yenə xilas etdin sən meni, batmadım.

Səhrada ilğım kimi gördüm səni, amma tapmadım.
Ora-bura getdim, gəldim, azdım, lakin tapmadım.

Arfilər dedi: qəlbindedir yarın, amma tapmadım.
Axtarıram qəlbime aparan yolu, hələ ki tapmadım.

Zülmətdə, nursuz axtarana bəzədim.
Çıiraqsız, bələdçisiz qaldım, yolu tapmadım

Tanıdım zəmanəmizin bələdçisini
Tanıdim, sevdim, amma tapmadım.

Sənə doğru bir addım atdım,
Yarım, mənə qırx addım yaxınlaşdın.

Mən də qorxdum, qaçdım, gizləndim,
Sonra ayıldım, qayıtdım, səni tapmadım.

Cismim agrıdan əzab çəkir, ruhum – həcalət.
Sən olmayan yerdə dərman yox, qismətimdir – fəryad.

Uzaqlara getdim, çox şey tapdım, səni tapmadım.
Sən yaxinsan, səni hiss etdim, Məcnuna döndüm,
Nə olsun ki, hələ tapmadım.



İyul 2007

No comments: