Tuesday, December 7, 2010

Effektiv Biznes Kommunikasiyaların Əsasları

Time Sunday, December 12 · 2:00pm - 4:00pm

--------------------------------------------------------------------------------

Location: GEMİ ofisi Əlövsət Quliyev 121
--------------------------------------------------------------------------------


Effektiv Biznes Kommunikasiyaların Əsasları



Məruzəçi PhD Fuad Əliyev

...Seminar zamanı bunları öyrənəcəksiniz:

Təqdimat necə hazırlanmalı və aparılmalı

Uğursuz təqdimatların səbəbləri və onların aradan qaldırılması

Problemli auditoriyanın növləri və onların yola verilməsi

Dr. Fuad Əliyev – Niderland Marketinq Institutunun təlimçisi, Baku Mini MBA Proqramının direktoru. Azərbaycan Universiteti və Xəzər Universitetində "Beynəlxalq Biznes" üzrə mühazirələr oxuyur.



F.Əliyev 1996-2000-ci illərdə Azərbaycan Dövlət Iqtisad Unviersitetində, 2000-2003-ci illərdə AR Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasında, 2001-2002-ci illərdə Mərkəzi Avropa Universitetində (Budapeşt, Macarıstan) təhsil almışdır. AR Iqtisadi Inkişaf Nazirliyi Iqtisadi Islahatlar Mərkəzində əyani aspiranturanı bitirmişdir. 2005-2006-cı illərdə ABŞ Dövlət Departamentinin Hamfri Təqaüd Proqramında iştirak etmiş, Şimali Karolina Universitetində və Brukinqs Institutunda təlim almış və təcrübə keçmişdir.



F.Əliyev ABŞ-ın Duke Universitetində sertifikatlaşdırılmış qeyri-kommersiya menecmenti (non-profit management) kursunu keçib, layihələrin idərəolunması, taym menecment, liderlik, dəyişikliklərin idarəolunması, münaqişələrin həll edilməsi, danışıqların aparılması, fandreyzinq, biznes etika, təhlil və tədqiqat texnikaları və s. mövzularda həm Azərbaycanda, həm də xaricdə təlim almışdır. ABŞ-da keçirilmiş kouçinq üzrə beynəlxalq konfransının iştirakçılarından biri olmuşdur. Azərbaycanda bir sıra treninq kurs və seminar aparmışdır.



F.Əliyev Dövlət Siyasəti və Menecmenti Assosiasiyasının, Dünya Gənc Alimlər Akademiyasının, Beynəlxalq Inkişaf Təşkilatının, ABŞ-təhsilli Azərbaycan Məzunları Assosiasiyasının Idarə Heyətinin sədr müvini,GEMİ- nin İdarə Heyətinin üzvü və Azərbaycan Marketinq Cəmiyyətinin sədr müavinidir



Tədbirdə iştirak etmək ödənişlidir. İştirak haqqı 10 AZN, tələbələr üçün 5 AZN. Yerlər məhdud olduğundan, əvvəlcədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Əlaqə

Əlövsət Quliyev 121 , Bakı, Azerbaycan

Tel. 012 596 77 72

Mob. 050 482 5151

See More