Thursday, June 17, 2010

LIRIKA: Nə o yan, nə bu yanam

Nə o yan, nə bu yanam


Xalqın gözü dəydi mənə,
Xalqın sözü saldı ələ,
Olmadıq nə aşıq, nə əllamə,
Nə o yan, nə bu yanam.

Allah çəkdi sınağa,
Haqqı qoydum qırağa,
Günah yazıldı ayağa,
Nə o yan, nə bu yanam.

Yaradanı qoydum darda,
Nəfsimə uymuş halda,
Ruhum qaldı arada,
Nə o yan, nə bu yanam.

Oldum mən də biganə,
Tələb etdi zəmanə,
Qarışdı modern-ənənə,
Nə o yan, nə bu yanam.

Yarı-müsəlman, yarı-kafir,
Bir az şər, bir az xeyir,
Görəsən bu qatar hara gedir,
Nə o yan, nə bu yanam.

Dinim yasda düşür yada,
Batır dua şərabda,
Hicab ayaq altında,
Nə o yan, nə bu yanam.

Qazanmadım axirətdən, dünyadan,
Yığa-yığa oldum talan,
Nə Yin çıxdım, nə də Yanq,
Nə o yan, nə bu yanam.

Wednesday, June 9, 2010

LIRIKA: Уйду, чтобы вернуться

Уйду, чтобы вернуться


Настанет день, и я уйду
Уйду, чтобы вернуться
Наступит ночь, последним сном засну
Засну, чтобы проснуться

Когда-то больше не пройдусь
По пыльным улицам родного града.
Уйду со сцены, но вернусь
Смотря со стороны за ходом маскарада.

Настанет час и мой корабль
Из жизни гавани отчалит,
Меня проводят, как я когда-то
И к дальним берегам причалит.

Пробьет мой час, и стану прахом
Смешаюсь со своей стихией
Удел свечи когда-нибудь погаснуть махом
Воск тает, а значит, иссякают силы.

Настанет день, исчезну я
Забрав все, что оставил
А где-то крик новорожденного дитя
Даст жизни новой славное начало.

Настанет день, и я уйду...
...уйду, чтобы вернуться…

Tuesday, June 8, 2010

LİRİKA: Gedək buradan

Gedək buradan


Gedək buradan, dostum, bezmişəm.
Bitib artıq sözüm, mən əzilmişəm.

Gedək buradan, hicrətdir qismətim.
Mən daş artıq atmam, ancaq qaçım.

Qaçım uzaqlara, möcüzəli yerlərə
Biz olmayan məkanlara, qərib cənnətlərə.

Sellər basıb hər yanı, cahillik selləri
Yellər sökür ətrafı, nifrət yelləri.

Dostum, harada gizlənim, harada?
Getməsəm mən, qalaram arada.

Gedək dostum, vallah gedək,
Yoxsa adam burada olur eşşək.

Əziz dostum buradan tez qaçaq,
İblisin əlində olduq biz oyuncaq.

Gedək nə sən, nə mən olan yerə.
Yükümüzü ataq yolda, gedə-gedə.

Thursday, June 3, 2010

LIRIKA: Xalqın gözü tərəzidir?

Xalqın gözü tərəzidir?




“Xalqın gözü tərəzidir” deyib atalar
Lakin bu barədə yaranıb şübhələr
Haramı bacarana “can qurban” deyən xalqa
Lazımdır ki, göstərsin gözünü oftalmoloqa

Kiminsə məşuqəsi danışır namusdan,
Arağ aşıqi də müsəlmançılıqdan
Rüşvətxor dəm vurur milli dəyərdən
Xalq baxır, yırğalıyır, və deyir “ehsən”


Kim kimə gəldi, kim kimi doladı,
Kimə, nəyə lazımdır axı Vətənin dərdi
Zina edən də olur kişi, xalqın gözündə
Vallah linzasız qarışır halal harama.

Kef elə! Budur indi ümummilli deviz
Axı qoruyur bizi qapıya tökülmüş nəcis
Xalqın gözündə qaqaş-tiripaç oldu oğul
Adətə görə cibə ya nəhişə basarlar, ya pul

Bu xalqın gözü yəgin həmin o tərəzidi
Ki, yarım kilonu göstərir bir kimi.
Yaxşı olardı bu gözə taxılsın eynək,
Yoxsa adam kimi xalqa görsənir eşşək.

De görüm indi, bu göz olarmı tərəzi?
Bu hala dözməz nə əruz, nə heca vəzni
Budaqsız ağacın kölgəsində Məşhədi
Durub baxır xalqın gözünə, görür sınmış tərəzi.

Wednesday, June 2, 2010

LİRİKA: Təkəm

Təkəm




Zülmət içində qaldım
Haqqı bilirəm sandım
Elə bilirdim sevdim-sevildim
Amma nədənsə təkəm

Hər addımda səhv, qələt
Axtarıb, tapmadım bəraət
Uçmaq istədim, açılmadı qanad
Fəqət nədənsə təkəm

Etmək istədiyim yaxşılığın sonu rəzalət
Xeyir olur şər, nur – zülmət
Ətrafımda çoxdur bəşərsifət camaat
Amma nədənsə təkəm.

Günahkarı xaricdə arama, şair
Özünü tanımazsan, amma o səni tanıyır
Qarşımdakı qapını özüm qapatdım
Ona görə də təkəm.