Nə o yan, nə bu yanam
Xalqın gözü dəydi mənə,
Xalqın sözü saldı ələ,
Olmadıq nə aşıq, nə əllamə,
Nə o yan, nə bu yanam.
Allah çəkdi sınağa,
Haqqı qoydum qırağa,
Günah yazıldı ayağa,
Nə o yan, nə bu yanam.
Yaradanı qoydum darda,
Nəfsimə uymuş halda,
Ruhum qaldı arada,
Nə o yan, nə bu yanam.
Oldum mən də biganə,
Tələb etdi zəmanə,
Qarışdı modern-ənənə,
Nə o yan, nə bu yanam.
Yarı-müsəlman, yarı-kafir,
Bir az şər, bir az xeyir,
Görəsən bu qatar hara gedir,
Nə o yan, nə bu yanam.
Dinim yasda düşür yada,
Batır dua şərabda,
Hicab ayaq altında,
Nə o yan, nə bu yanam.
Qazanmadım axirətdən, dünyadan,
Yığa-yığa oldum talan,
Nə Yin çıxdım, nə də Yanq,
Nə o yan, nə bu yanam.
Thursday, June 17, 2010
Subscribe to:
Post Comments (Atom)
2 comments:
seir xoşuma geldi
hiss olunur ürək yanğısı ilə yazılıb
Allah bizi hidayət etsin
Amin!!!!
Post a Comment