Thursday, June 3, 2010

LIRIKA: Xalqın gözü tərəzidir?

Xalqın gözü tərəzidir?




“Xalqın gözü tərəzidir” deyib atalar
Lakin bu barədə yaranıb şübhələr
Haramı bacarana “can qurban” deyən xalqa
Lazımdır ki, göstərsin gözünü oftalmoloqa

Kiminsə məşuqəsi danışır namusdan,
Arağ aşıqi də müsəlmançılıqdan
Rüşvətxor dəm vurur milli dəyərdən
Xalq baxır, yırğalıyır, və deyir “ehsən”


Kim kimə gəldi, kim kimi doladı,
Kimə, nəyə lazımdır axı Vətənin dərdi
Zina edən də olur kişi, xalqın gözündə
Vallah linzasız qarışır halal harama.

Kef elə! Budur indi ümummilli deviz
Axı qoruyur bizi qapıya tökülmüş nəcis
Xalqın gözündə qaqaş-tiripaç oldu oğul
Adətə görə cibə ya nəhişə basarlar, ya pul

Bu xalqın gözü yəgin həmin o tərəzidi
Ki, yarım kilonu göstərir bir kimi.
Yaxşı olardı bu gözə taxılsın eynək,
Yoxsa adam kimi xalqa görsənir eşşək.

De görüm indi, bu göz olarmı tərəzi?
Bu hala dözməz nə əruz, nə heca vəzni
Budaqsız ağacın kölgəsində Məşhədi
Durub baxır xalqın gözünə, görür sınmış tərəzi.

No comments: