Tuesday, June 8, 2010

LİRİKA: Gedək buradan

Gedək buradan


Gedək buradan, dostum, bezmişəm.
Bitib artıq sözüm, mən əzilmişəm.

Gedək buradan, hicrətdir qismətim.
Mən daş artıq atmam, ancaq qaçım.

Qaçım uzaqlara, möcüzəli yerlərə
Biz olmayan məkanlara, qərib cənnətlərə.

Sellər basıb hər yanı, cahillik selləri
Yellər sökür ətrafı, nifrət yelləri.

Dostum, harada gizlənim, harada?
Getməsəm mən, qalaram arada.

Gedək dostum, vallah gedək,
Yoxsa adam burada olur eşşək.

Əziz dostum buradan tez qaçaq,
İblisin əlində olduq biz oyuncaq.

Gedək nə sən, nə mən olan yerə.
Yükümüzü ataq yolda, gedə-gedə.

No comments: