Bu mən deyiləm
Bu mən deyiləm, başqa adamdır.
Heç kəsi sevmirəm, halal mənə haramdır.
Mən bu deyiləmsə, bəs bu adam kimdir?
Tanış gəlir onun üzü, elə bil ki mənimdir.
Bu mən deyiləm, çünki elə olmaram.
Mən axı qeyriyəm, heç kəsə oxşamaram.
Bu mən deyiləm, özümü mən itirmişəm.
İndi mən yoxam, vərəqdən silinmişəm.
Bəs onda kimdir bu, məni kimdir axtaran?
Mənəm bu! Məni mən edən də eşq, ağıl, iman.
Tuesday, May 25, 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment