Cəhənnəmə düşsəm
"Mal-dövlətim sipərdir" ağıllı cahil deyir
Allah göydədir, yerdədir dünya işləri
Allah uzaqdadır, dünya mali yaxında
Amma varmı onun xeyri?
Əgər cəhənnəmə düşsəm ...
Pulum, evim-eşiyim, zinətim, maşınım var
Arvad-uşağım öz yerində, məşuqəm - ulduzdur, yani „super star"
Qohum-əqrəbə, dost-tanışım paxıllıq edir hər an
Amma varmı bunun faydası?
Sonra cəhənnəmə düşsəm ...
İşlərim keçsin deyə yaman yaltaqlanıram bəzən
Kimə lazım – şirinlik, kimə lazım – hörmət edənəm
Neyniyim, bu dünyanın işləri keçməz, gözə girməsən
Amma nədir onun bəhrəsi?
Nəticədə cəhənnəmə düşsəm ...
Qəbir daşım olsa mərmər, yola salan – Sheyx ul-İslam
Yasa bərkgedənlər gəlsələr, yeyib-içməyə dönsə ehsan
Mənim üçün mollalara günde "Yasin" oxutdurulsa belə
Nədir məqbərənin, fəxri xiyabanının faydası?
Ölüb, cəhənnəmə düşsəm …
Ömür boyu yaxşı alver etmişəm
Çox şey ucuz alub baha satmışam
Sən demə cənnətdəki yerimi ucuz vermişəm
Bəs nədir onda bu alverin xeyri?
Əger cəhənnəmə düşsəm …
Neyimədir bu dünyanın yaraşıgı?
İşde cəhənnəmə düşsəm ...
Nədir həyatımın mənası?
Sonda cəhənnəmə düşsəm.
Saturday, May 15, 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment