Tuesday, December 18, 2007

PPP in Azerbaijan

Azeri: http://www.marketing.az/site/?name=news&news_id=117&lang=1
English: http://www.marketing.az/site/?name=news&news_id=115&lang=2

Azərbaycan Marketinq Cəmiyyəti (AMC) ölkədə müsbət və müasir standartlara uyğun fəaliyyət göstərən biznes mühitinin yaradılması və onun ölkənin infrastrukturunun inkişafında səmərəli iştirakını təmin etmək məqsədilə “ABŞ Beynəlxalq İnkişaf Agentliyi” və “Counterpart International” təşkilatının dəstəyi ilə tədqiqat həyata keçirmişdir. AMC tərəfindən həyata keçirilmiş bu tədqiqat “Azərbaycanda Dövlət İnkişaf Proqramlarında Biznes Sektorunun Rolu” adlı layihə çərçivəsində hazırlanmışdır. Layihənin məqsədi infrastruktur sahəsində dövlət-biznes tərəfdaşlığının vəziyyəti, problemləri və potensialını öyrənib müvafiq dövlət orqanlarına siyasətə dair tövsiyələrin hazırlanmasından ibarət olmuşdur.

Tədqiqat infrastruktur islahatında müasir dünyada çox geniş yayılmış Dövlət Özəl Əməkdaşlığından (DÖƏ) istifadə edilməsinin potensial faydalarını araşdırmış, Azərbaycanda DÖƏ-na imkan yaradan şərtləri nəzərdən keçirmiş, eyni zamanda ölkədə DÖƏ ətrafında olan siyasi müzakirələrin əlavə analizini tələb edən məsələləri qaldırmışdır. Bu, Azərbaycanda göstərilən məsələ üzrə aparılmış ilk və yeganə araşdırmadır.

Tədqiqat zamanı masaarxası tədqiqat, dərin müsahibələr, keyfiyyət məlumatlarının məcmusu və analizi metodlarından istifadə olunmuşdur.

Layihənin əsas nəticələri aşağıdakılardır:

İmişli şəhərində su təchizatı sistemində DÖƏ nümunəsi bütün münasibətlərdə uğurlu alınmış və su təminatı sanitariyasında (STS) olan bir sıra problemlərin aradan qaldırılmasına kömək etmiş
Başlıca uğurun olmasına baxmayaraq, bu nümunə su sahəsindəki DÖƏ-na mane olan əsasən siyasi və müəyyən dərəcədə institusional şərtlərə görə təkrarlanmamış
DÖƏ infrastrukturu inkişaf etdirmək və kommunal xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq üçün vasitə kimi qəbul olunmur
DÖƏ haqqında biznes tərəfindən informasiyanın çatışmazlığı və dövlət sektoru tərəfindən qərar vermədə şəffaflığın az olması, həmçinin qanunun bəzi müddəaları nəticəsində yerli biznes sektoru DÖƏ-nə tam başa düşmür və birmənalı qəbul etmir.
Yaxın 5-10 il ərzində Azərbaycanda DÖƏ-nın genişlənməsi gözlənilmir və yalnız böyük investisiya tələb edən tikinti və kommunikasiya infrastrukturu layihələrində mümkün ola biləcəyi gözlənilir

No comments: