Saturday, February 16, 2013

Mən soruşdum (şer)


Mən soruşdum küləkdən
Neçin əsirsən gündə?
Külək də cavabında
Səpdi yarpaqları yerdə.

Mən soruşdum dənizdən
Niyə oldun narahat?
Səsli-küylü dalğalar
Can verdilər sahilə.

Mən soruşdum torpaqdan
Necə dözürsən zülmə?
Torpaq da cavabında
Baxdı mənə sakitcə.

Mən soruşdum atəşdən
Varmı məna yanmaqda?
Alov şölələri də
Şənlə vurdu göz mənə.

Mən soruşdum Allahdan
Hardasan? Varmısan sən?
Tam sükutda eşitdim
Ki döyünür ürəyim...

No comments: