Baki küçələri
Gecə zülmetindən sonra açılır səhər
Günəş göz açır, oyanır şəhər
Şəhər bir əfsanədir, nağıldır onun günü, gecəsi
Qan damarları kimi ömür verən Bakı küçələri
Dünyaya göz açmışam, adam olmuşam burda
Sevinc, qəm, sevgi, hər şey gördüm bu şəhərdə
Bir gün toy səhnəsi, başqa gün yas məclisi
Neçə ömrün meydanı oldunuz, ay Bakı küçələri.
Buradır könüllərin görüşdüyü-ayrıldığı məkan
Leyaqət, xəyanet də keçib gözünüzün qabağından
Unudulduz, İçəri Şəhərin qədim məscidləri kimi
Doğma, əziz, vəfalı, gözəl Bakı küçələri
Üzünüzə vurulub yaralar, zərbələr
Elə bil zəbt etidlər sizi düşmənlər
Əldən getdiniz, bilsəniz, bağışlayın məni
Tozlu, yaralı, qocalmış Bakı küçələri
Monday, May 17, 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment