Wednesday, May 19, 2010

LİRİKA: Ay gözəllər gözəli, göstər mənə üzünü

***

Ay gözəllər gözəli, göstər mənə üzünü.
Necə edim ki, məni məhrəm bilib niqabını açasan?
Harama baxan göz seni görməz, qulaq duymaz sözünü.
Necə edim ki, günahımdan keçib bağışlayasan?
Həyasız dünyanın açıq üzünü, hər yerini görmüşəm
Hicabsız, sirrsiz, vəfasiz dünyaya vermişəm tələq
Qırx məqamdan keçib indi qapına düşmüşəm
Üz dönmə məndən, ay gözəl, yoxsa olaram həlak.

No comments: